Bizimhedef.az » gundem » “Dövlətə xidmət görüntüsü altında 'satqınlıq': AYNA rəhbərinin milyonluq villa qalmaqalı”

“Dövlətə xidmət görüntüsü altında 'satqınlıq': AYNA rəhbərinin milyonluq villa qalmaqalı”



Azərbaycan cəmiyyətində uzun illərdir müşahidə olunan paradokslardan biri – dövlətin resursları hesabına varlanan, vəzifə və imtiyazlardan bəhrələnən şəxslərin sonradan dövlətə qarşı mövqe tutmasıdır. Bu gün isə artıq bu paradoks biabırçılıq həddinə çatıb. Belə ki, AYNA rəhbərinin, xaricdə bütün günü dövləti təhqir edən, dövlət əleyhinə kampaniya aparan “Akkord” şirkətlər qrupunun rəhbərindən milyonluq villa alması sadəcə şəxsi seçim deyil, ictimai rüsvayçılıqdır.

Sual olunur: dövlətin maraqlarını müdafiə etməli olan bir təşkilat rəhbəri necə olur ki, dövlətin adını batıran, ona qarşı çirkli təbliğat aparan şəxslə biznes əlaqəsinə girir? Bu, sadəcə “ev alqı-satqısı” deyil, bu, həm də mənəvi mövqenin göstəricisidir. Çünki insanın kimdən villa alması, kimə milyon ödəməsi təsadüfi deyil – bu, onun kimə arxa durduğunu, kimlə eyni masada oturduğunu göstərir.

Xalqın gözü qarşısında milyonluq əmlak sövdələşməsi aparmaq, bir tərəfdən “dövlətə xidmət” görüntüsü yaratmaq, digər tərəfdən isə dövlətə qarşı qarayaxma kampaniyası aparan şəxslərə sərvət qazandırmaq – bu, ən yumşaq ifadə ilə desək, xəyanətdir.

Əgər bu gün dövlət qurumlarının rəhbərləri belə addımlar atırlarsa, sabah sadə vətəndaşdan nə tələb edə bilərik? Dövlətə qarşı düşmən mövqeyi tutanların cibini doldurmaq, onların xaricdəki anti-azərbaycançı fəaliyyətlərinə dolayı yolla dəstək vermək – açıq-aşkar satqınlıqdır.

Azərbaycan cəmiyyəti bu ikiüzlülüyü, bu riyakarlığı görür və belə halları bağışlamayacaq. Dövlət rəhbərliyindən, aidiyyəti qurumlardan gözlənti isə budur: bu tip sövdələşmələrə hüquqi-siyasi qiymət verilsin, belə biabırçı halların qarşısı alınsın. Əks halda, xalqın dövlət qurumlarına olan inamı daha da sarsılacaq.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya