Bizimhedef.az » dunya » İsrail Livana zərbə endirdi

İsrail Livana zərbə endirdi

  • 3-10-2025, 12:47
  • dunya
  • 74
İsrail Livana zərbə endirdi


İsrail Müdafiə ordusu Livanın cənubunda Hizbullah hərəkatının obyektinə zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.

“Həmin obyektdə silah, hərbi qurğular və yeraltı infrastruktur obyektləri aşkar edilib”, - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, orada həyata keçirilən terror fəaliyyəti atəşkəs barədə razılaşmanın pozulması halıdır.

Qeyd edək ki, İsrail və Livan 2024-cü ilin noyabrında atəşkəs barədə razılığa gəlib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya