Bizimhedef.az » dunya » "Mossad" Xamenei ilə bağlı şok məlumat yaydı – Ancaq yatır...

"Mossad" Xamenei ilə bağlı şok məlumat yaydı – Ancaq yatır...

  • 21-10-2025, 15:30
  • dunya
  • 106


İsrailin kəşfiyyat xidməti "Mossad" İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə bağlı müəmmalı məlumatlar yaymaqda davam edir və onun səhhəti ilə bağlı təfərrüatları açıqladığını iddia edir.

Bu haqda yəhudi mediası xəbər yayıb. "X" şəbəkəsindəki farsdillli "Mossad Farsi" hesabının dərc etdiyi "tvit"də Xameneinin "özünü anlamaq və qavrayışlarını reallıqla əlaqələndirmək qabiliyyətini tamamilə itirdiyi" iddia edilir və İranın faktiki olaraq onun müşavirləri tərəfindən idarə olunduğu bildirilir.

"Özünü lider adlandıran adam əslində öz vəzifəsini yerinə yetirmək iqtidarında deyil. O, 10 dəqiqədən artıq diqqətini cəmləyə bilmir. O, özünü dərk etmək və qavrayışlarını reallıqla əlaqələndirmək qabiliyyətini tamamilə itirib. İranı onun müşavirlər komandası idarə edir. Nə lider, nə siyasət, nə dövlət var... Nəzarət əldən çıxıb. Hər kəs öz yolu ilə gedir, lazım bildiyini edir", - "Mossad"ın "X" hesabında belə deyilir.

Xatırladaq ki, iyul ayında "Mossad Farsi" Xameneinin guya narkoman olduğunu, günün yarısını yatdığını, yarısını isə narkotik qəbul etdiyini bildirən "tvit" yazmışdı. /Moderator.az
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya