Bizimhedef.az » texnologiya » Bu mesajlar məhdudlaşdırılacaq - “WhatsApp”dan yenilik

Bu mesajlar məhdudlaşdırılacaq - “WhatsApp”dan yenilik

Bu mesajlar məhdudlaşdırılacaq - “WhatsApp”dan yenilik


“WhatsApp” yaxın vaxtlarda istifadəçilərin yeni söhbətlərdə göndərə biləcəyi mesajların sayını məhdudlaşdıracaq. Yeni funksiyanın əsas məqsədi platformada spam və tez-tez göndərilən yayım mesajlarının qarşısını almaqdır.

“Qafqazinfo” xəbər verir ki, bu məhdudiyyət istifadəçilərin cavab vermədiyi yeni çatlarda tətbiq olunacaq.

Funksiya həm fərdi şəxslərə, həm də biznes hesablarına şamil ediləcək.

Yeni sistem sayəsində istifadəçilər və ya şirkətlər ay ərzində müəyyən sayda mesaj göndərə biləcək və bu limitə yaxınlaşdıqda onlar xəbərdarlıq alacaqlar.

Yeni funksiyanın istifadəyə verilmə tarixi hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya