Bizimhedef.az » hadise » Daha bir şəhidimizin nəşi tapıldı - FOTO

Daha bir şəhidimizin nəşi tapıldı - FOTO

Daha bir şəhidimizin nəşi tapıldı - FOTO


Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb.

Şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır.

Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Mübariz Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda qəhrəmanlıqla şəhid olub. /"Teleqraf"

Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya