Bizimhedef.az » gundem » Xətai rayonunda gecəqondu obyektləri – Fotolar

Xətai rayonunda gecəqondu obyektləri – Fotolar



Xətai rayonu Məhəmməd Hadi 71 ünvanında bir gecənin içində oyektinşa edilib...


Son illər paytaxt rayonlarında yüngül konstrusiyalı gecəqondu obyektlərin sayı artmaqdadır. Paytaxtda gecəqondu obyektlərin çoxluq təşkil etdiyi ərazilərdən biri də Xətai rayonudur.

Xətai rayonu Kənd Əhmədli qəsəbəsinə gedən yolda Məhəmməd Hadi 71 ünvanında daha bir gecəqondu obyekti inşa edilib.

Bir gecənin içində inşa edilən yüngül konstrusiyalı bu gecəqondu obyektinə icazənin Xətai rayon İcra Hakimiyyəti “razılıq” verildiyi bildirilir.

Gecəqondu obyektini Namiq Məmmədov adlı şəxsin tikdiyi bildirilir.

Qeyd edək ki, 2019-cu ildən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.

Qurumların fikirlərini dərc etməyə hazırıq.

Həmin obyektin görüntülərini təqdim edirik:(Xalq.online)

Xətai rayonunda gecəqondu obyektləri – Fotolar




Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya