Bizimhedef.az » hadise » Məşhur iş adamının karxanasında faciə: Ölən var

Məşhur iş adamının karxanasında faciə: Ölən var



İmişlidə yerləşən daş karxanasında bədbəxt hadisə baş verib.

oxu24.com xəbər verir ki,hadisə zamanı 1966-cı il təvəllüdlü Sabirabad rayon sakini Mənsur Hüseynağa oğlu Həsənov həyatını itirib.

O, karxanadan qum-çınqıl toplayaraq Bakıya gətirirmiş.Bu zaman ekskvatorun hissəsi ona dəyib. Nəticədə sürücü ağır xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı İmişli Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Əldə etdiyimiz məlumata görə,sözügedən karxana iş adamı Əziz Quliyevə məxsusdur.O,Bakıda və İmişlidə bir çox tikinti şirkətlərinə sahibdir.

Məlumata görə,sözügedən hadisə də Bakıda tikilən hündürmərtəbəli binanın tikintisi üçün material apararkən baş verib.

Onu da qeyd edək ki,iş adamı Əziz Quliyevin adı son günlər Ramiz Mehdiyevlə əlaqəli olan şəxslər sırasında hallanıb.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya