Bizimhedef.az » hadise » İlin sonuna kimi əfv gözlənilir?

İlin sonuna kimi əfv gözlənilir?

  • 18-11-2025, 13:49
  • hadise
  • 138
İlin sonuna kimi əfv gözlənilir?


“Yəqin ki, bu ilin sonuna qədər Azərbaycanda Əfv Sərəncamının imzalanması nəzərdə tutulmayacaq”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Əfv Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa deyib.

“Hazırkı vaxta qədər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar əfvlə bağlı komissiyanın iclası nəzərdə tutulmayıb. İclaslarda çoxsaylı müraciətlərə baxılır. Bunun üçün də iki-üç ay vaxt tələb olunur. Çox güman ki, bu ilin sonunda deyil, mart ayında Novruz bayramı münasibətilə əfvetmə olsun”, - deputat qeyd edib.

Fazil Mustafa əlavə edib ki, əfv məsələsi Prezidentin səlahiyyətindədir və fərdi qaydada da həyata keçirilə bilər. Hələ ki komissiya üzvü olaraq ona məlumat verilməyib.

Qeyd edək ki, sonuncu dəfə bu ilin mayında Əfv Sərəncamı imzalanıb. Sərəncam 200-dən çox şəxsə şamil edilib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya