Bizimhedef.az » idman » Nəriman "Qarabağ"ı tərk etməyə qərar verib

Nəriman "Qarabağ"ı tərk etməyə qərar verib

  • 21-11-2025, 11:48
  • idman
  • 44
Nəriman "Qarabağ"ı tərk etməyə qərar verib


"Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflərin olduğu bildirilir.

Bu barədə Sportinfo yazıb.

Qeyd edilir ki, Nəriman özü də legioner həyatı yaşamağa can atır və gənc forvard bu barədə istəyini baş məşqçi Qurban Qurbanov bildirib.

"Təcrübəli mütəxəssis hazırda komandasında ona ehtiyac olduğunu Nərimanın diqqətinə çatdırıb. Amma uyğun şərtlərdə ayrılığa şərait yaradılacaq. Qısası, milli komandamızın üzvünün ölkəni tərk etmək ehtimalı yüksəkdir", - məlumatda deyilir.

21 yaşlı futbolçu "Xəzər Lənkəran"da futbola başlayıb. 15 yaşından isə Ağdam klubunun akademiyasındadır. O, əsas komandada keçirdiyi 117 oyunda 31 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya