Bizimhedef.az » hadise » Təbrizdən Bakıya gətirilən minlərlə psixotrop tərkibli dərman gömrükdə ələ keçdi - Fotolar

Təbrizdən Bakıya gətirilən minlərlə psixotrop tərkibli dərman gömrükdə ələ keçdi - Fotolar

  • 22-11-2025, 09:49
  • hadise
  • 151
Təbrizdən Bakıya gətirilən minlərlə psixotrop tərkibli dərman gömrükdə ələ keçdi - Fotolar


Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində tərkibində psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, Təbriz – Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin təsvirləri müşahidə olunub.

Qanunvericiliyə uyğun olaraq əl yüklərində aparılan gömrük yoxlaması zamanı 8430 ədədinin tərkibində psixotrop və güclü təsir edən maddələr olan 77 qutu və 15070 həbdən ibarət 33 adda dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya