Bizimhedef.az » medeniyyet » Leyla və Alena Əliyevalar Lənkəranda klinikada - Fotolar

Leyla və Alena Əliyevalar Lənkəranda klinikada - Fotolar

Leyla və Alena Əliyevalar Lənkəranda klinikada - Fotolar


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar.

Yeni istifadəyə verilmiş klinikada heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə məlumat verilib.

Qeyd edilib ki, klinika həm regionda ev və çöl (vəhşi) heyvanlarının sağlamlığının qorunmasına xidmət edir, həm də universitetin Baytarlıq ixtisasında təhsil alan tələbələr üçün praktiki vərdişlərin formalaşdırılması baxımından mühüm tədris bazası rolunu oynayır.

Leyla Əliyeva bu ixtisasda təhsil alan tələbələr və müəllim heyəti ilə görüşüb, onların fikirlərini dinləyib, baytarlıq sahəsində kadr hazırlığı istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olub.

Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya