Bizimhedef.az » dunya » Sabah Putinlə görüşəcək

Sabah Putinlə görüşəcək

  • 1-12-2025, 09:58
  • dunya
  • 68
Sabah Putinlə görüşəcək


ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner bu gün Moskvaya səfər edəcəklər.

“Bu barədə “Wall Street Journal” Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutan danışıqlardan sonra məlumat yayıb.

Səfər çərçivəsində Uitkoffun sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən gün Mayamidə baş tutan görüşdə ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “sülh planı” müzakirə olunub. Görüşdə ABŞ tərəfdən Dövlət katibi Marko Rubio, Stiven Uitkoff və Cared Kuşner, Ukrayna tərəfdən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustam Umerovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya