Bizimhedef.az » dunya » ABŞ-dan sensasiyalı açıqlama: Ukrayna–Rusiya mövzularının 90 faizi razılaşdırılıb

ABŞ-dan sensasiyalı açıqlama: Ukrayna–Rusiya mövzularının 90 faizi razılaşdırılıb

  • 16-12-2025, 16:00
  • dunya
  • 266


Son danışıqlardan sonra Ukrayna ilə Rusiya arasındakı problemlərin 90 faizi həll edilib.

Məlumatı Sky News telekanalı Amerika rəsmisinə istinadən yayıb. Rəsmi mənbə bildirib ki, danışıqların əsas mövzularından biri təhlükəsizlik zəmanətləri olub: Tramp inanır ki, Rusiyanı Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə bənzər şəkildə Ukrayna üçün zəmanətləri qəbul etməyə inandıra bilər.

Kanalın mənbəyi görüş zamanı "ərazi məsələləri ilə bağlı müzakirələrin dərinləşdiyini" qeyd edib.

Rəsmi şəxs əlavə edib ki, Tramp Berlində Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nəticəsindən məmnundur.
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya