Bizimhedef.az » dunya » Türkiyədə Aleyna Tilki və bir neçə məşhur saxlanıldı - Yenilənib

Türkiyədə Aleyna Tilki və bir neçə məşhur saxlanıldı - Yenilənib

  • 18-12-2025, 11:21
  • dunya
  • 57
Türkiyədə Aleyna Tilki və bir neçə məşhur saxlanıldı - Yenilənib


Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən verir ki, onlar polisin keçirdiyi əməliyyat çərçivəsində istintaqa cəlb olunublar.

Saxlanılan şəxslər arasında müğənni Aleyna Tilki, influenser Danla Bilic və aktrisalar - Mümine Senna Yıldız və İrem Sak var.

Qeyd olunub ki, saxlanılmaları haqqında qərar çıxarılan müğənni Yusuf Güney və aktrisa Melisa Döngel isə polisin keçirdiyi əməliyyat zamanı evlərində tapılmayıb.

***

Əməliyyat çərçivəsində iş adamı Acun Ilıcalının eks-həyat yoldaşı Şeyma Subaşı haqqında da saxlanılma qərarı çıxarılıb.

Siyahıda həmçinin model Şevval Şahin, sosial media fenomeni Mert Vidinli və yutuber Cihan Şensözlünün də adı var.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya