Bizimhedef.az » hadise » Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib

Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib

Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib


“Hacı Mazan” kimi tanınan məşhur və qalmaqallı iş adamı Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı əmr Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən imzalanıb.

Onun işdən çıxarılmasının səbəbini araşdırırıq.

Bayram Ramazanov 2021-ci ildən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışırdı.

O, bundan əvvəl BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsində inspektor, eləcə də Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifələrində xidmət keçib.

Bayram Ramazanovun işdən azad edilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya