Bizimhedef.az » dunya » Zelenski yenidən Trampla görüşəcək

Zelenski yenidən Trampla görüşəcək

  • 26-12-2025, 12:20
  • dunya
  • 74
Zelenski yenidən Trampla görüşəcək


Ukrayna Prezidenti Volodimir Zelenski yaxın zamanda ABŞ lideri Donald Trampla sülh planı ilə bağlı görüş keçirəcək.

“Bu barədə V.Zelenski teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ona ABŞ tərəfi ilə növbəti təmasları barədə məruzə edib:

“Bir gün belə itirmirik. Ən yüksək səviyyədə - Prezident Trampla yaxın zamanda görüşmək barədə razılığa gəldik. Yeni ilə qədər bir çox məsələlər həll oluna bilər”.

Xatırladaq ki, 2025-ci il ərzində Tramp və Zelenski Ağ Evdə 2 dəfə görüşüblər. Ağ Evin Oval kabinetində fevralın 28-də baş tutmuş görüş gərgin anlarla yadda qalmışdı. Tərəflər arasında avqustun 18-də keçirilmiş görüşdə isə Avropa liderləri də iştirak etmişdilər.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya