Bizimhedef.az » dunya » Ərdoğan onu COP31-ə prezident təyin etdi

Ərdoğan onu COP31-ə prezident təyin etdi

  • 26-12-2025, 12:24
  • dunya
  • 78
Ərdoğan onu COP31-ə prezident təyin etdi


Türkiyədə gələn il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına prezident təyin edilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə bu vəzifəyə ölkənin ətraf mühit və iqlim dəyişikliyi naziri Murat Kurum təyin olunub.

M.Kurum sosial şəbəkə hesablarında paylaşım edərək bu qərarın onun üçün şərəf olduğunu bildirib.

Xatırladaq ki, COP31 iqlim sammiti 2026-cı ildə Antalyada keçiriləcək.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya