Bizimhedef.az » dunya » “Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib”

“Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib”

  • 3-01-2026, 15:09
  • dunya
  • 136
“Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib”


“Venesuela Prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib və ölkədən çıxarılıb”.

“Bu barədə ABŞ Prezidenti Donald Trump “Truth Social” sosial şəbəkə hesabında yazıb.

ABŞ liderinin sözlərinə görə, ölkəsi Venesuelaya genişmiqyaslı zərbə endirib.

O bildirib ki, əməliyyat ABŞ-nin hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.

Tramp məsələ ilə bağlı detalların daha sonra açıqlanacağını da əlavə edib.

Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib. “CBS News”un jurnalisti Cennifer Ceykobs ABŞ Prezidenti Donald Trampın Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verdiyini bildirib. Daha sonra, Ağ Ev Karakasa zərbə endirildiyini təsdiq edib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya