Bizimhedef.az » dunya » Netanyahu İrandan tələblərini açıqladı

Netanyahu İrandan tələblərini açıqladı

  • 5-01-2026, 10:36
  • dunya
  • 79
Netanyahu İrandan tələblərini açıqladı


İran əlində olan 400 kiloqram zənginləşdirilmiş uranı təhvil verməli, həmçinin, bütün nüvə obyektlərinə ciddi və effektiv nəzarəti təmin etməlidir.

İsrail mətbuatı xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında bildiirb.

O qeyd edib ki, ötən ayın sonlarında ABŞ-yə səfəri zamanı Prezidenti Donald Trampla İranın nüvə proqramını müzakirə edib.

"Əlbəttə ki, biz İranı da müzakirə etdik. Ortaq mövqeyimizi bir daha təsdiqlədik: Bir tərəfdən İrandan 400 kq zənginləşdirilmiş materialın çıxarılması, digər tərəfdən nüvə proqramı obyektləri üzərində ciddi, real nəzarətin qurulması zərurəti", - deyə Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, İsrail hökuməti, dövləti və şəxsən o özü etiraza qalxmış İran xalqının yanındadır.(oxu.az)
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya