Bizimhedef.az » dunya » "İqtisadi vəziyyət narahatlıq doğurur"

"İqtisadi vəziyyət narahatlıq doğurur"

  • 9-01-2026, 09:13
  • dunya
  • 64
"İqtisadi vəziyyət narahatlıq doğurur"


Almaniya kansleri Fridrix Merz ölkəsindəki iqtisadi vəziyyətin hələ də narahatedici olduğunu və müəssisələrin çətin durumda qaldığını bildirib.

"Kansler bu barədə mətbuat konfransında çıxışı zamanı danışıb.

Merz qeyd edib ki, bu vəziyyət təkcə iri sənaye sahələrinə deyil, həm də kiçik və orta biznes subyektlərinə, eləcə də sənətkarlara aiddir.

“Almaniyada şirkətlər çox mürəkkəb şəraitdə fəaliyyət göstərir”, – deyə kansler vurğulayıb.

Merzin sözlərinə görə, mövcud çətinliklər əmək bazarının “kifayət qədər kəskin göstəricilərində” də öz əksini tapır.

Kansler əsas problemlər sırasında enerji daşıyıcılarının yüksək qiymətini, həddindən artıq bürokratiyanı, bahalı işçi qüvvəsini və yüksək vergiləri göstərib.(APA)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya