“Barselona” “Real Madrid”i məğlub edib Superkuboku götürdü - QOLLAR
- 12-01-2026, 09:16
- idman
- 40

Futbol üzrə İspaniya Superkubokunda final oyunu keçirilib.
Həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda oynanılan görüş Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində 90+1-ci dəqiqədə Frenki De Yonq qırmızı vərəqə qalıb.
Bununla da "Barselona" İspaniya Superkubokunun qalibi olub.

































