Bizimhedef.az » siyaset » Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verildi

Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verildi

Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verildi


Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə təhvil verilib.

Paşinyan həmçinin qeyd edib ki, ilkin müayinəyə görə, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyanın səhhəti ilə bağlı heç bir problemi yoxdur, Vaqif Xaçatryanın vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya