Bizimhedef.az » dunya » Zelenski: Donbası sülh yolu ilə Rusiyaya verməyəcəyik

Zelenski: Donbası sülh yolu ilə Rusiyaya verməyəcəyik

  • 26-01-2026, 13:12
  • dunya
  • 69
Zelenski: Donbası sülh yolu ilə Rusiyaya verməyəcəyik


Ukrayna heç bir halda Donbası sülh müqaviləsi çərçivəsində Rusiyaya təhvil verməyəcək, ona görə də kompromis axtarılmalıdır.

Bunu Prezident Vladimir Zelenski Əbu-Dabidə danışıqların nəticələrini şərh edərkən deyib.
"Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır", - o vurğulayıb.

Zelenski ümid edir ki, Amerika diplomatiya naminə bu müharibə üçün Rusiyaya təzyiqi azaltmayacaq.

Zelenski eyni zamanda avropalıların da qətiyyətli mövqe sərgiləməsinin və Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirmələrinin zəruriliyini qeyd edib.
Zelenski hesab edir ki, xüsusilə Baltik dənizi vasitəsilə neft daşıyan Rusiya tankerləri tamamilə dayandırılmalı və sanksiyalardan yayınma sxemləri bloklanmalıdır. O bildirib ki, bu, əsl və ədalətli sülhə nail olmaq üçün minimum əsasdır.
Qeyd edək ki, ötən həftə BƏƏ-də keçirilən Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlarda əsas müzakirə premdeti Donbasın gələcək taleyi məsələsi olub.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya