Bizimhedef.az » hadise » Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi

Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi

Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi


Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya