Bizimhedef.az » hadise » Yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib

Yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib

Yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib


Bakıda ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25 min 680 manat məbləğində ziyan dəyib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən faktlar Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsi, 1A, Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsi, 283A ünvanlarında, Xəzər rayonunun Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonunun Abay döngəsi 360-cı məhəllədə qeydə alınıb.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya