Bizimhedef.az » dunya » Bu ölkələrdə Ramazan ayı başladı

Bu ölkələrdə Ramazan ayı başladı

  • 18-02-2026, 13:11
  • dunya
  • 67
Bu ölkələrdə Ramazan ayı başladı


Hər il olduğu kimi, bu il də Ramazan ayının başlaması ilə bağlı dəqiq vaxt İslam dünyasında fikir ayrılıqlarına səbəb olub.

“Müqəddəs ay müxtəlif ölkələrdə iki fərqli tarixdə başlayır.

Belə ki, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, Bəhreyn, Küveyt, İraq, Livan, Somali və Sudanda dünən axşam yeni ayın görünməsi ilə bu gün, fevralın 18-i Ramazan ayının ilk günü elan olunub.

Azərbaycan da daxil olmaqla, bir çox digər ölkələrdə isə Ramazan ayı sabah, fevralın 19-u başlayacaq. Belə ki, Türkiyə, Suriya, İordaniya, Misir, Tunis, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Sinqapur, Malayziya, Bruney, Filippin, İndoneziya və Oman artıq Ramazan ayının fevralın 19-da başlayacağını elan ediblər.

İranda da eyni tarix oruc tutulması üçün təxmini gün olaraq elan edilib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya