Bizimhedef.az » dunya » Makrondan ETİRAF: "Özgüvənim ciddi səhv qərarlar verməyimə səbəb oldu"

Makrondan ETİRAF: "Özgüvənim ciddi səhv qərarlar verməyimə səbəb oldu"

  • 20-02-2026, 09:28
  • dunya
  • 33
Makrondan ETİRAF: "Özgüvənim ciddi səhv qərarlar verməyimə səbəb oldu"


Fransa Prezidenti Emmanuel Makron etiraf edib ki, özünəinamı dəfələrlə ciddi səhv qərarlar verməsinə səbəb olub.

"Bu barədə "Politico"məlumat yayıb.

"Hər dəfə özümə həddindən artıq güvənəndə səhvlər edirdim, həm də çox böyük səhvlər" - deyə, Fransa lideri bildirib. Ancaq o, konkret nümunələr göstərməyib.

Nəşrdə qeyd edilir ki, siyasətçi dəfələrlə təkəbbürlülükdə ittiham olunub. Bunların sırasına 2024-cü ildə erkən parlament seçkilərini keçirmək qərarının uğursuzluğu və nəticədə partiyasının yerlərin əksəriyyətini itirməsi də daxildir.

Keçmiş müşavir Alen Minc isə Makronu Fransa qurumlarını təhlükəyə atmaqda və 2027-ci il prezident seçkisi ərəfəsində ifrat sağçıların mövqeyini gücləndirməsinə səbəb olan narsistlikdə ittiham edib.(oxu.az)
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya