Bizimhedef.az » hadise » Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video



Paytaxtın Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Baku TV xəbər verir ki, videoda Mənzil Kommunal İstismarı Sahəsinin iki əməkdaşı yerə tum çırtlayıb tökür, bu zaman isə sahənin iki yaşlı əməkdaşı ərazini təmizləyir.

Bu hadisə sosial şəbəkələrdə izləyicilərin hiddətinə səbəb olub.

“O əməkdaşların hərəkəti bina sakinləri tərəfindən heç də birmənalı qarşılanmadı. İndiyə qədər belə hadisə görməmişəm. Bu hadisəni görəndə mənə çox pis təsir etdi”, - deyə sakinlərdən biri bildirib.

Sözügedən məsələ ilə bağlı ərazi üzrə 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən məlumata görə, videogörüntüdəki həmin o iki əməkdaş işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar.

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya