Bizimhedef.az » dunya » Ermənistandan açıqlama: Sülh sazişi imzalanmağa hazırdır

Ermənistandan açıqlama: Sülh sazişi imzalanmağa hazırdır

  • 21-02-2026, 09:26
  • dunya
  • 106


ATƏT Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Sarqis Xandanyan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib.

O, tərəflərin artıq əvvəllər mümkünsüz sayılan məsələlər üzrə praktik həllər tapmağa başladığını və sülh sazişinin mətni üzrə razılığa gəldiyini bildirib.

Xandanyanın sözlərinə görə, ötən il eyni zalda belə irəliləyişi təsəvvür etmək çətin idi, lakin hazırda tərəflər təkcə siyasi məsələləri deyil, həm də ticarət-iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edirlər.

Erməni nümayəndə vurğulayıb ki, artıq sənədin heç bir ilkin şərt olmadan imzalanıb ratifikasiya edilməsinin vaxtı çatıb. Onun fikrincə, bu addım hüquqi baxımdan sülhü möhkəmləndirəcək və uzunmüddətli sabitliyə, eləcə də iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edəcək.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya