Bizimhedef.az » idman » "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

  • 25-02-2026, 09:00
  • idman
  • 48
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb


"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

"Sent-Ceyms Park" stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.

Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.

İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında hesab yenidən dəyişib.

"Sent-Ceyms Park" stadionunda keçirilən matçda Ağdam təmsilçisi meydan sahiblərinin qapısından ikinci qolu keçirib - 3:2.

57-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini Marko Yankoviç yerinə yetirib. Rəqib qapıçı ilk zərbəni geri qaytarsa da, geri dönən topu Elvin Cəfərquliyev qolla tamamlayıb.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya