Bizimhedef.az » idman » Ronaldo futbol tarixində görünməmiş addım ata bilər

Ronaldo futbol tarixində görünməmiş addım ata bilər

  • 2-03-2026, 09:47
  • idman
  • 46
Ronaldo futbol tarixində görünməmiş addım ata bilər


Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo karyerasında unikal bir addım atmağa hazırlaşır.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı hücumçu İspaniyanın II Liqa təmsilçisi “Almeriya” klubunun həm sahibi, həm də futbolçusu ola bilər.

Ronaldu artıq klubun səhmlərinin 25 faizini satın alaraq onun ortaq sahibinə çevrilib. Ulduz futbolçu yalnız investor kimi qalmaqla kifayətlənməyərək, “Almeriya”nın heyətində meydanda çıxış etmək ehtimalını da açıq saxlayıb.

Klubun baş məşqçisi Rubi Ronaldunun mümkün İspaniyaya dönüşünü “fövqəladə və çox xüsusi hadisə” kimi qiymətləndirib. O, son qərarın futbolçuya məxsus olduğunu bildirib və əlavə edib ki, klubun istənilən baş məşqçisi onu böyük məmnuniyyətlə qarşılayar.

Qeyd edək ki, “Almeriya” hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və La Liqaya yüksəlmək uğrunda mübarizə aparır.(Teleqraf)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya