Bizimhedef.az » dunya » Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA

Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA

  • 3-03-2026, 14:00
  • dunya
  • 76


Ermənistanın baş naziri Nikol Paşinyan və onun nikahdankənar həyat yoldaşı Anna Akopyanın rəsmi şəkildə ayrılması illərdir davam edən gərginliyin ardınca baş verib.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, cütlük 2019-2020-ci illərdə təxminən bir il ayrılıb, lakin sonradan yenidən bir araya gəliblər.

Qəzet iddia edir ki, 2025-ci ilin ortalarında münasibətlər yenidən gərginləşib.

"Hraparak" bildirir ki, Akopyanın Çin universitetində təhsil almaq planları baş nazirlə münasibətlərdəki böhranla əlaqədar olub.

Nəşrin məlumatına görə, Akopyan son üç aydır ki, Sevandakı (Göyçə) hökumətin yay iqamətgahında qalır.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya