Bizimhedef.az » dunya » SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı

SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı

  • 4-03-2026, 09:31
  • dunya
  • 53
SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı


İran daxilində güc strukturlarını silkələyən sensasion hadisə baş verib.

SEPAH-ın ən strateji qanadlarından biri olan Qüds qüvvələrinin komandiri İsmayıl Qaani saxlanılıb. Ona qarşı ciddi ittihamların irəli sürüldüyü bildirilir.

İlkin məlumatlara görə, Qaani İsrailin kəşfiyyat xidməti – MOSSAD üçün casusluq etməkdə şübhəli bilinir və məhz İnqilab Mühafizəçilərinin keçirdiyi daxili əməliyyat nəticəsində nəzarət altına alınıb.

Şübhəsiz ki, bu hadisə təkcə İranın təhlükəsizlik sistemində dərin çatların mövcudluğunu ortaya qoymur, eyni zamanda Tehran daxilində etimad böhranının hansı həddə çatdığını da göstərir. Rəsmi təsdiqin və detallı açıqlamanın hələ verilməməsi isə hadisə ətrafında sualları daha da artırır və regionda onsuz da yüksələn gərginliyə yeni, təhlükəli çalarlar əlavə edir.(musavat.com)
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya