Bizimhedef.az » sosial » Yaxın Şərqdəki vətəndaşlar üçün növbəti təxliyə reysi həyata keçirilir

Yaxın Şərqdəki vətəndaşlar üçün növbəti təxliyə reysi həyata keçirilir

Yaxın Şərqdəki vətəndaşlar üçün növbəti təxliyə reysi həyata keçirilir


Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün bu gün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya