Bizimhedef.az » dunya » ABŞ raketləri Rusiya istehsalı olan sualtı qayığı batırıb

ABŞ raketləri Rusiya istehsalı olan sualtı qayığı batırıb

  • 17-03-2026, 09:35
  • dunya
  • 46
ABŞ raketləri Rusiya istehsalı olan sualtı qayığı batırıb


Rusiya istehsalı olan "Varşavyanka" sinifli sualtı qayıq ABŞ ordusunun Taktik Raket Sistemi (ATACMS) raketinin İrandakı Bəndər Abbas dəniz bazasına zərbə endirməsindən sonra batıb.

"Bu barədə "TWZ" nəşri məlumat yayıb

Nəşr yazır ki, "Varşavyanka" sinifli sualtı qayıq ABŞ qüvvələrinin ATACMS qısa mənzilli ballistik raketləri ilə vurduğu İran dəniz gəmiləri sırasındadır. ATACMS hərəkət edən hədəfləri vura bilmir, ona görə də sualtı qayıq zərbə zamanı limanda olub.

ABŞ Silahlı Qüvvələrinin generalı Den Keyn İran sualtı qayığının ATACMS zərbəsi ilə məhv edilməsini açıqlayıb.

“Bu əməliyyatın ilk 13 günündə artilleriya qüvvələrimiz tarix yazdı. Onlar döyüşdə ilk dəqiq idarə olunan raketləri atdılar, düşmən ərazisinin dərinliyindəki hədəfləri vurdular. Onlar sualtı qayıq da daxil olmaqla bir neçə gəmini batırmaq üçün ATACMS raket sistemlərindən istifadə etdilər”, - Keyn deyib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya