Bizimhedef.az » dunya » BMT İranda qızlar məktəbinə hücumu araşdırmağa başlayıb

BMT İranda qızlar məktəbinə hücumu araşdırmağa başlayıb

  • 18-03-2026, 09:03
  • dunya
  • 46
BMT İranda qızlar məktəbinə hücumu araşdırmağa başlayıb


BMT komissiyası İranın cənubundakı Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbə hücumla bağlı araşdırmaya başlayıb.

Bu barədə "Reuters"ə BMT-nin müstəqil missiyasının üzvü Maks dü Plessi bildirib.

Onun sözlərinə görə, araşdırma ilkin mərhələdədir və hadisənin müstəqil şəkildə araşdırılması vacibdir.

Qeyd olunub ki, "Şəcərəyi-Tayyibə" məktəbi fevralın 28-də ABŞ və İsrailin raket zərbələri zamanı vurulub. İran tərəfi hücum nəticəsində 168 uşağın həlak olduğunu bildirir və bu rəqəmin BMT tərəfindən də təsdiqləndiyi qeyd olunur.

Hadisə ilə bağlı ABŞ da ayrıca araşdırma aparır.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya