Bizimhedef.az » dunya » Yaxın Şərqdə yeni şok plan: Tehran ikinci ssenarini işə salır- Hədəf buradır

Yaxın Şərqdə yeni şok plan: Tehran ikinci ssenarini işə salır- Hədəf buradır

  • 26-03-2026, 09:00
  • dunya
  • 202


Yaxın Şərqdə gərginlik daha təhlükəli mərhələyə keçir.

İran quru müdaxiləsi olacağı təqdirdə Bab əl-Məndəb boğazını bağlaya biləcəyini açıqlayıb.

Məlumata görə, bu barədə Tasnim xəbər agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Tehran belə bir addımı strateji cavab variantı kimi nəzərdən keçirir.

Bab əl-Məndəb boğazı dünya ticarəti üçün həyati əhəmiyyət daşıyan əsas dəniz yollarından biridir. Bu keçid Qırmızı dəniz ilə Ədən körfəzi arasında yerləşir və Süveyş kanalı vasitəsilə Avropa–Asiya ticarətinin əsas marşrutlarından sayılır. Boğazın bağlanması qlobal enerji və yük daşımalarında ciddi böhran yarada bilər.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı baş katibi Antonio Quterreş regiondakı vəziyyətin nəzarətdən çıxdığını bildirib. O, tərəfləri eskalasiyanı dayandırmağa və diplomatik həll yollarına qayıtmağa çağırıb.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya