Bizimhedef.az » medeniyyet » "Əlvida, Nəsimi… Əlvida, Babək…"

"Əlvida, Nəsimi… Əlvida, Babək…"

"Əlvida, Nəsimi… Əlvida, Babək…"


"Bu gün ürəyimi ağrıdan bir xəbər aldım… Azərbaycanın böyük sənətkarı, “Cavid ömrü” filmində tərəf müqabilim olmuş dəyərli Rasim Balayevin vəfatına çox üzüldüm".

Bu sözləri Əməkdar artist Dilarə Əliyeva deyib.

"Rasim müəllim səhnədə və həyatda nəcib, sakit və son dərəcə ziyalı bir insan idi. “Cavid ömrü” filmində onunla birgə çalışdığım günlər yaddaşıma həmişə xüsusi və isti xatirə kimi həkk olunub.

Rasim Balayev Azərbaycan kinosunun siması, bir məktəb, bir dövr idi. Belə sənətkarlar ölmür, onlar yaratdıqları obrazlarla, qoyduqları izlərlə yaşayırlar.

Onun itkisi Azərbaycan mədəniyyəti üçün böyük boşluqdur. Ailəsinə, yaxınlarına, onu sevən hər kəsə dərin hüznlə başsağlığı verirəm. Əlvida, Nəsimi… Əlvida, Babək…

Allah rəhmət eləsin, Rasim müəllim", - deyə D.Əliyeva qeyd edib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya