Bizimhedef.az » dunya » Uşaqlara sosial şəbəkələr qadağan edilir

Uşaqlara sosial şəbəkələr qadağan edilir

  • 8-04-2026, 10:31
  • dunya
  • 25
Uşaqlara sosial şəbəkələr qadağan edilir


Türkiyə parlamentində 15 yaşından kiçik uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi başlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, təşəbbüs platformalardan yaş yoxlama sistemləri qurmağı, valideyn nəzarəti alətləri təqdim etməyi, həmçinin zərərli hesab edilən kontentə operativ reaksiya verməyi tələb edir.

Məlumata görə, onlayn oyunlarla məşğul olan şirkətlər isə yeni qaydalara riayət olunmasını təmin etmək üçün Türkiyədə nümayəndə təyin etməli olacaqlar. Bu tələbləri yerinə yetirməyən platformalara rabitə kanallarının ötürmə qabiliyyətinin məhdudlaşdırılması və cərimələr kimi sanksiyalar tətbiq edilə bilər.

Türkiyə hökuməti bu təklifin uşaqların məxfiliyinin qorunmasına yönəldiyi qənaətindədir.

Qeyd edək ki, daha əvvəl Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq edilən məhdudiyyətlər qüvvəyə minib. Bu ilin martında oxşar təşəbbüslər İndoneziya və Braziliyada qəbul edilib. İspaniya, Fransa və Böyük Britaniyada da analoji məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir. Bu ilin fevralında isə Azərbaycan Prezidenti İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya