Bizimhedef.az » sosial » Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər

Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər




Azərbaycanda tətbiq olunan cərimələrin məbləği ilə bağlı narazılıqlar artır. Sürücülər və piyadalar cərimələrin yüksək olmasından şikayətlənir, bəzi hallarda isə vətəndaşların borc və kredit hesabına ödəniş etdiyi bildirilir.

Bəzi sürücülər tez-tez cərimələndiklərini, hətta cərimələri ödəmək üçün kredit götürdüklərini deyirlər.

Onların sözlərinə görə, son dövrlərdə cərimə məbləğlərində artım daha da hiss olunur və bu, ciddi narazılıq yaradır. Narazılıq yalnız sürücülərlə məhdudlaşmır. Piyadalar da tətbiq edilən cərimələrin yüksək olduğunu qeyd edir. Onların fikrincə, mövcud məbləğlər vətəndaşların gəlirləri ilə müqayisədə uyğun deyil.

Mövzu ilə bağlı səsləndirilən təkliflərdən biri cərimələrin minimum əməkhaqqına uyğunlaşdırılmasıdır. Bu yanaşmanın əsas məqsədi cərimə məbləğlərinin vətəndaşların maliyyə imkanlarına uyğun şəkildə müəyyənləşdirilməsidir.

Daha ətraflı İTV-nin hazırladığı süjetdə:

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya