Bizimhedef.az » dunya » Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı

Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı

  • 17-04-2026, 09:24
  • dunya
  • 41
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı



"Grinex" kriptorubl birjası Qərb xüsusi xidmət orqanları tərəfindən öz xidmətlərinə qarşı həyata keçirilmiş məqsədli hücum baş verdiyini bəyan edib.

Bu barədə "Grinex"in mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Hücum nəticəsində Rusiya istifadəçilərinə məxsus bir milyard rubldan (təxminən 22.2 milyon manat - red.) artıq vəsaitin oğurlandığı bildirilir. Hadisədən sonra birja fəaliyyətini müvəqqəti dayandırıb.

Hazırda "Grinex"in saytı əlçatan deyil, əsas səhifədə texniki işlərin aparıldığı qeyd olunur.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya