Bizimhedef.az » sosial » 10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət

10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət

10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət


Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur.

Rəsmi statistikaya görə, bu ilin ilk rübündə idxal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 587 ədəd, yəni 36.2% azalıb. Beləliklə, idxal göstəricisi 13 359 ədədə enib.

Xəzər TV xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu rəqəmlərin arxasında həm qanunvericilikdəki dəyişikliklər, həm də iqtisadi faktorlar dayanır.

Əsas səbəblərdən biri yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan qadağadırsa, digəri vergi güzəştlərinin ləğvidir.

Lakin bu azalma heç də avtomobil qıtlığı demək deyil.

Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, ölkənin avtoparkı üçün narahatlığa əsas yoxdur. Çünki anbarlarda kifayət qədər ehtiyat toplanıb.

Ekspertin fikrincə, ölkədə start götürən utilizasiya prosesi də yeni avtomobillərə tələbatı stimullaşdıracaq. Köhnə və ekoloji cəhətdən yararsız maşınlar sıradan çıxdıqca, onları yeniləri əvəz etməlidir.

Xatırladaq ki, ötən ilin ilk rübündə bu rəqəm xeyli yüksək - 20 946 ədəd təşkil edirdi.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya