Bizimhedef.az » dunya » Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video

Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video

  • 24-04-2026, 09:54
  • dunya
  • 73
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 aprel Milli Suverenlik və Uşaq Günü münasibətilə Prezident Kompleksində uşaqları qəbul edib.

“Qəbul zamanı Kırklarelidən gələn və “Bayraq” şeirini oxuması ilə tanınan balaca Gülsu və onun böyük qardaşı da iştirak edib.

Görüş milli təhsil naziri Yusif Tekin tərəfindən təşkil olunub. Mərasimdə Gülsunun şeir oxuduğu video nümayiş etdirilərkən onun böyük qardaşı emosional anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Prezident Ərdoğan isə uşağı qucaqlayaraq, ona təsəlli verib.

Daha sonra oğlan Prezidentin yanında “Minarələr süngü” şeirini əzbərdən oxuyub. Həmin an salonda duyğusal atmosfer yaranıb və Ərdoğanın da təsirləndiyi müşahidə olunub.
Görüntülərdə Prezident Ərdoğanın da gözlərinin dolduğu, emosional anlar yaşadığı diqqət çəkib.

Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya