Bizimhedef.az » idman » 5 güləşçimiz mübarizəyə başlayır

5 güləşçimiz mübarizəyə başlayır

  • 24-04-2026, 10:46
  • idman
  • 70
5 güləşçimiz mübarizəyə başlayır


Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Bu gün Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxacaqlar.

Bu gün həmçinin Azərbaycanın üç qadın güləşçisinin bürünc medal uğrunda görüşü var. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova 3-cü yer uğrunda güləşəcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya