Bizimhedef.az » dunya » Rusiyada mədən uçqunu - Ölənlər var

Rusiyada mədən uçqunu - Ölənlər var

  • Сегодня, 09:33
  • dunya
  • 6
Rusiyada mədən uçqunu - Ölənlər var


Rusiya Federasiyasının Buryatiya Respublikası ərazisində yerləşən mədən sahəsində baş verən uçqun nəticəsində 6 nəfər işçi həyatını itirib.

“Hadisə Muyski rayonunda yol tikintisi işləri aparılan mədən sahəsində qeydə alınıb.

İlkin məlumata görə, ümumilikdə 9 işçi uçqun altında qalıb, onlardan 3-ü öz imkanları ilə xilas ola bilib.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin təxminən 60 əməkdaşı cəlb olunub. Axtarış işləri zamanı ərazidə əlavə uçqun riski də qeydə alınıb, lakin xilasetmə qrupları təhlükəsiz şəkildə fəaliyyətlərini davam etdiriblər.

Nazirliyin yaydığı rəsmi açıqlamada uçqun altında qalan 6 işçinin meyitlərinin tapıldığı bildirilib.

Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi və yerli prokurorluq tərəfindən araşdırma başladılıb. Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.
Oxşar xəbərlər
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Texnologiya