Bizimhedef.az » İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir

İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir

  • Сегодня, 11:45
  • ---
  • 13
İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir


Azərbaycan idmanının əsaslı dönüş nöqtəsi kimi 31.07.1997-ci il tarixi qəbul olunmalıdır. Çünki məhz bu tarixdə keçirilən Milli Olimpiya Komitəsinin növbəti sessiyasında həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev qurumun prezidenti seçildi. Və bundan sonra böyük quruculuq işlərinə start verildi. Təsadüfi deyil ki, ölkənin demək olar ki, əksər şəhər və rayonlarında Olimpiya İdman Kompleksləri tikilərək istifadəyə verildi. Bu da ilk növbədə yerli gənc nəslin pis vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə yönləndirilməsinə hesablanmış addım idi. Bu, eyni zamanda ölkə idmanının arealının genişləndirilməsini və kütləviliyin təmin edilməsini özündə ehtiva edirdi.
Olimpiya İdman Komplekslərindən əlavə, yeniyetmə və gənc nəslin istifadəsinə kifayət qədər arenalar verilib. Ən müasir standartlara cavab verən Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Avropa Oyunları Parkı, Bakı Olimpiya Stadionu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Velopark, Bakı Tennis Akademiyası, Paralimpiya İdman Kompleksi də son 20 ildə istifadəyə verilib.
Cənab Prezident İlham Əliyev tərəfindən imzalamış bir çox vacib fərmanlar var ki, onlar birbaşa ölkə idman ictimaiyyətinə verilən yüksək qiymətin təzahürüdür. “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının, “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi bu qəbildəndir. 2012-ci ilin ölkədə “İdman ili” elan olunması da sıradan hadisə deyil. Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar 19 aprel 2013-cü il tarixində imzalanan sərəncam da vacib qərarlar toplusuna aiddir.
İdmançıların yaxın dostu kimi tanınan cənab prezident İlham Əliyevin ölkəmizdə təşkil olunan nüfuzlu yarışları canlı izləməsi, hətta mükafatlandırma mərasimlərində şəxsən iştirak etməsi də bu sahəyə nə qədər önəm verdiyinin bariz nümunəsidir. Onun beynəlxalq yarışlardan əvvəl və sonra idmançıları şəxsən qəbul etməsi və tövsiyələrini verməsi artıq xoş ənənəyə çevrilib.
Ölkəmizdə idmanın sürətli inkişafı cənab prezident İlham Əliyevin sayəsində reallığa çevrilib. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Qazanılan nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. İdman prioritet sahə kimi daim diqqət mərkəzindədir. Kütləviliyin təmin edilməsi sağlam nəsil formalaşdırır ki, bu da Azərbaycanın sağlam gələcəyi deməkdir.
Aprelin 30-da cənab prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Cənab prezident İlham Əliyev güləşçilərimiz və onların məşçiləri ilə görüşdə qeyd edib ki, “hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.
Görüşdə dövlətimizin başçısı güləşçilərimizin Avropa çempionatında komanda hesabında qazandıqları qələbə münasibətilə onları təbrik edib. Ölkə rəhbəri bildirib ki, güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Dövlətimizin başçısı bildirib: “Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub”.
Eyni zamanda ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, “idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.
Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.


Maştağa qəsəbəsi, 187 nömrəli tam orta ümumtəhsil məktəbin
təsviri-incəsənət müəllimi Elnarə Xankişiyeva
Oxşar xəbərlər
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Texnologiya