İki ölkəni birləşdirən üçmərtəbəli tunel aşkarlandı - Narkotik daşıyırmışlar
- Сегодня, 09:33
- dunya
- 14

İspaniya polisi sərhəddə yalnız filmlərdə görünə biləcək mühəndislik möcüzəsi ilə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, Seuta bölgəsində yerləşən bir sənaye anbarının altında gizlədilmiş, içərisində relsləri və vaqonları olan 3 mərtəbəli yeraltı labirint tuneli aşkar edilib.
Tunelin girişi nəhəng bir soyuducunun arxasında, sonu isə Mərakeşə qədər uzanır.
Tunelin adi qazıntı deyil, tam təchiz olunmuş bir nəqliyyat xətti olduğu ortaya çıxıb. Nəqliyyat sisteminə paketləri daşımaq üçün vaqonlar, şivlər və xüsusi kranlar quraşdırılıb. Tunelin içi nəhəng nasos və səs izolyasiya sistemi ilə təchiz olunub, bu sayədə yeraltında işləyən vaqonların səsi yuxarı mərtəbələrdə eşidilmir. Tunel Mərakeşə qədər uzanan düz dəhlizdən, eniş şaxtasından və bir neçə anbar otağından ibarətdir.
İspaniya polisi və texniki qruplar bir ildən artıq davam edən nəzarət və istintaq əməliyyatları nəticəsində Qalisiyadan Əndəlusiyaya qədər uzanan nəhəng narkotik şəbəkəsini ifşa edib. Əməliyyat nəticəsində 27 nəfər, o cümlədən, dəstənin iki lideri həbs edilib. Eyni zamanda, bazar dəyəri milyonlarla avro olan 17 ton kannabis müsadirə edilib, 1,4 milyon avro nağd pul və 17 lüks avtomobil də polis tərəfindən götürülüb.
Dünyanın ən böyük kannabis istehsalçılarından biri olan Mərakeşə coğrafi yaxınlığı səbəbindən İspaniya Avropanın narkotik qapısı hesab olunur. Lakin bu dəfə qaçaqmalçılar dəniz yolunu deyil, müasir “mədənə bənzər labirint” tunelini seçiblər.































