Bizimhedef.az » dunya » ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq

ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq

  • 13-05-2026, 09:36
  • dunya
  • 38
ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “MV Hondius” kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib.

“O, Madriddə keçirilən mətbuat konfransında bildirib ki, yaxın həftələrdə yeni yoluxma hallarının qeydə alınması mümkündür.

Qebreyesus İspaniyaya çətin vəziyyətdə olan gəmini qəbul etdiyinə görə təşəkkür edib və bunu “şəfqət və həmrəylik nümunəsi” adlandırıb.

ÜST rəhbəri hazırkı vəziyyətin genişmiqyaslı epidemiyaya işarə etmədiyini desə də, virusun uzun inkubasiya dövrünün narahatlıq yaratdığını vurğulayıb: “İnkubasiya müddətinin uzun olması səbəbindən yaxın həftələrdə yeni halların ortaya çıxması mümkündür”.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya