Bizimhedef.az » sosial » Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar

Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar

Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar


Dünən Həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıb.

“Bununla bağlı APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Ümumilikdə 180 nəfər zəvvar Məkkəyə çatıb. Yarım saat oteldə dincəldikdən sonra Kəbəyə yola düşəcəklər. Orada “Ümreyi Təməttö”nün ehramdan başqa qalan əməllərini yerinə yetirəcəklər. Bununla da ehramdan çıxmış hesab edilirlər. Yəni ərəfə gününədək Kəbəyə gediş-gəliş sərbəst olacaq”, - o bildirib.

V.Cahangiri əlavə edib ki, Qurban bayramından iki gün öncə böyük həcc ziyarəti başlayacaq.

Qeyd olunub ki, üçüncü və dördüncü zəvvar təyyarələri bu gün Azərbaycandan yola düşəcək.


Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya