Bizimhedef.az » hadise » Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı

Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı

Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı


Ötən gün Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ 2107” markalı minik avtomobili, “Mercedes” markalı yük maşını və “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində 3 nəfər həlak olub.

Belə ki, “VAZ 2107”nin sürücüsü, Sabirabad rayonunun Muradbəyli kənd sakini 1961-ci il təvəllüdlü Dadaşov Akif Qoca oğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Dadaşova Anaş Baladay qızı, eləcə də “Mercedes Vito”da olan sərnişin, Lənkəran rayon sakini 1990-cı il təvəllüdlü Cəfərov Kamran Əliqəmbər oğlu aldıqları ağır xəsarətlərdən həlak olublar.

Daha 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Texnologiya